Meyvə və tərəvzələr insan orqanizminə əvəzsiz faydalar bəxş edir və vitaminlərlə zənginləşdirir. Mütəxəssislər bunların bəzilərinin qabığı ilə yeyilməsini məsləhət görür. Həmin meyvə və tərəvəzlər qabığı ilə istehlak olunduğunda xeyirləri daha çox özünü göstərir.
Onları sizin üçün araşdırıb təqdim edirik:
Badımcan - Qabığında qocalma prosesini ləngidən, dərinin sağlamlığına və görünüşünə müsbət təsir göstərən güclü antioksidant olan nasunin ( beyin toxumasının lipidlərini qoruyur) var;
Kartof - Qabığının tərkibi faydalı vitamin və minerallarla boldur. Buna görə də sözügedən tərəvəzi daha tez-tez formada bişirmək və ya qaynatmaq məsləhətdir. Çox qidalıdır;
Xiyar - Qabığında immunitet sistemini stimullaşdıran və həzm sisteminin səmərəliliyini artıran lif və antioksidantlar mövcuddur. Dərini nəm saxlayır;
Kök - Lif, A, C və K vitaminləri və antioksidantlarla zəngindir; Alma - Tərkibindəki maddələr xərçəng əleyhinə təsirləri ilə tanınır, həzmi yaxşılaşdırır, iltihabı azaldır. Ürək xəstəliyi kimi xroniki xəstəliklərdən qoruyur;
Banan - Əhval-ruhiyyəyə müsbət təsir göstərir, həzmi dəstəkləyir və ürək sağlamlığını gücləndirir;
Portağal - İmmuniteti artırır və dəri sağlamlığını yaxşılaşdırır və iltihabın qarşısını alır.
Zərintac Mayisqızı
Missiya.Az