AZ   |   RU
"Parlament seçkiləri görünməmiş kənar müdaxilə fonunda keçirilib" - Gürcüstanın baş naziri

“Gürcüstanda parlament seçkiləri görünməmiş kənar müdaxilə fonunda keçirilib”.


Missiy.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze deyib.


"Qərb dövlətlərinin mövqeyinə gəldikdə, bilirsiniz ki, bu seçkilər precedent olmayan xarici müdaxilə şəraitində keçirilib. Bu xarici müdaxilənin məqsədi radikal müxalifətin, kollektiv 'Milli Hərəkat'ın qələbəsi olub. İndi konkret qüvvələr bu yeni reallığa uyğunlaşmağa ehtiyac duyurlar, və bu uyğunlaşma mütləq baş verəcək”, - deyə siyasətçi vurğulayıb.


Kobaxidze qeyd edib ki, çox ehtimal ki, Ukraynada müharibə 2025-ci ilin yanvar- fevral aylarında bitəcək və bundan sonra, Gürcüstanla Avropa İttifaqı (Aİ) və ABŞ arasında münasibətlər dərhal yenidən qurulacaq və ədalət bərpa olunacaq. 


“Unutmayın ki, Ukraynada müharibə başlamazdan əvvəl belə problemlər, başa düşməzliklər mövcud deyildi. Ukraynada müharibənin başlanması ilə bu başa düşməzliklər yarandı. Müharibə başa çatdıqdan sonra isə bu hal dərhal aradan qalxacaq və müvafiq olaraq ədalət və sağlam münasibətlər bərpa olunacaq”, - deyə siyasətçi əlavə edib.


Kobaxidze bildirib ki, sanksiyalara gəldikdə, bilirsiniz ki, Avropa Parlamenti bir daha Gürcüstana Rusiyanın Federasiyasına qarşı sanksiyalara qoşulmağı və sanksiyalar tətbiq etməyi tövsiyə edib, bu da ölkənin iqtisadiyyatının məhv edilməsini nəzərdə tutur. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 30-10-2024, 16:11