AZ   |   RU
"İlham Əliyev Ulu Öndərin atdığı möhkəm təməllər üzərində yeni dövrün tələblərinə cavab verən inkişaf strategiyası qurdu - Ramin Əhmədov


"Müzəffər liderimiz İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkisində vətəndaşlarımız İlham Əliyevə etimad göstərməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına səs vermiş oldular". 



Bu sözləri Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov deyib. 




Ramin Əhmədov qeyd edib ki, İham Əliyev Ümumilli liderimizin atdığı möhkəm təməllər üzərində yeni dövrün tələblərinə uyğun hərtərəfli inkişaf strategiyası quraraq yeni və böyük hədəflər müəyyənləşdirib: "O hansı vədləri verdisə, hamısını reallaşdırdı! Cəmi 17 il sonra 2020-ci ilin sentyabrında İlham Əliyev tarix yazdı - Ali baş komandanı olduğu Orduya "İrəli" əmri verdi.... Və bu əmr bizi Qarabağa qovuşdurdu, Azərbaycanın hər qarış torpağında bayrağımız dalğalandı. Beynəlxalq arenada güclənən mövqeyimiz, geopolitik müstəvidə əldə etdiyimiz təsir rıçaqları, siyasi və sosial-iqtisadi islahatların nəticəsi olan dinamik inkişaf gerçəkliyimiz, qüdrətli Ordumuz, təminatlı milli təhlükəsizliyimiz, daxili sabitliyimiz və s. möhtərəm Prezidentimizin xalq qarşısında xidmətlərinin cüzi bir hissəsidir. Əslində onun gördüyü işlər müqayisəolunmaz və ölçüyə gəlməzdir! Qarşıda isə gediləsi uzun bir yol, çatmalı olduğumuz daha böyük hədəflər var. Prezidentimizin canı həmişə sağlam, yolu daim açıq olsun!"- deyə R. Əhmədov vurğulayıb. 


Zərintac Mayisqızı 
Missiya.Az


  • 15-10-2024, 18:31