Günümüzdə çox insan saç tökülməsindən şikayət edir. Xüsusilə də qadınlar... Bunun isə müxtəlif səbəbləri olur. Araşdırmalara görə saç tökülməsinin səbəbləri xarici və daxili olmaqla 2 qrupa bölünür. Xarici amillərə günəş şüaları, kosmetik vasitələr, saç boyaları, tərkibində kimyəvi qatqılar olan keyfiyyətsiz şampunlar və fenin təsiri aiddir. Daxili amillərə sırasında isə xəstəliklər, irsi faktor, hormonal pozğunluqlar, vitamin-mineral çatışmazlığı, bəzi dəri patologiyaları, stress və s. yer alır.
Geniş çeşiddə ev üsulu maskalar var ki, saç tökülməsinin qarşısını almaqda təsirlidir. Onlar əksəriyyəti hər birimizin evində olan, əlçatan məhsullardan hazırlanır.
Araşdırdığımız həmin maskaların bəzilərini təqdim edirik:
Yumurtalı soğan maskası
1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlulu saçınızın dibinə sürtün. Ssaçlar sellofan torba və dəsmalla bağlanır. Maska saçlarda 1 - 1,5 saat qalmalı, sonra ilıq su ilə yuyulmalıdır.
Soğan maskası
3 soğan xırda-xırda doğranır. Daha sonra çəngəl ilə suyu çıxana kimi əzilərək püre halına salınır. Saçın dibinə sürtülərək 1-2 saat saxlandıqdan sonra yuyulur.
Qatıqlı maska
Qatığın tərkibindəki D, B1, B6, B12,C vitaminləri, kalsium və zülallar saçları qidalandırır və möhkəmləndirir.
1 stəkan qatıq, 2 xör.qaş. alma sirkəsi, 2 xör.qaş. bal - komponentləri qarışdırın. Saç köklərindən uclara doğru sürtün. Baş dərisinə masaj hərəkətlər ilə yeridin. 15 dəqiqə saxlayın, soyuq su ilə yuyun. Maska təmiz saça çəkilməlidir.
Həmçinin, saç tökülməsini dayandırmaq üçün məşhur reseptlərdən biri yumurta və zeytun yağı maskasıdır. Yumurta saçın gücü və böyüməsi üçün vacib zülalla zəngindir, zeytun yağı isə saçları yenilənmiş vəziyyətə gətirir. Hazırlamaq üçün bir yumurtanı iki xörək qaşığı zeytun yağı ilə qarışdırın, qarışığı baş dərinizə və saçınıza çəkin. Sərin su ilə yaxalamadan əvvəl 30 dəqiqə saxlayın.
Habelə avokado baş dərisini və saçı qidalandıran E və B vitaminləri ilə zəngindir, banan isə saçları yumşaldan və qırılmaların qarşısını alan təbii yağlar və vitaminləri təmin edir. Adı çəkilən maskanı hazırlamaq üçün bir yetişmiş avokado və bir yetişmiş bananı hamarlanana qədər əzin, qarışığı saçınıza və baş dərinizə çəkin. 20-30 dəqiqə saxlayın. İlıq su ilə yaxşıca yuyun.
Zərintac Mayisqızı
Missiya.Az