AZ   |   RU
Almaniya yeni hökumət təyyarələrinə raketdən müdafiə sistemləri quraşdıracaq


Almaniya yüksək səviyyəli liderlər tərəfindən istifadə edilən üç yeni hökumət təyyarəsinə raketdən müdafiə sistemləri quraşdıracaq.



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb. 


Məlumatda bildirilir ki, əsasən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok tərəfindən istifadə edilən üç A350 təyyarəsinə raketdən müdafiə sistemləri quraşdılacaq.



  • Dünən, 18:17