AZ   |   RU
TAİB-in ofisində 15 sentyabrın tarixi-siyasi əhəmiyyəti mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR


TAİB-in mərkəzi ofisində “Azərbaycan-Türkiyə münasibətlərində 15 sentyabrın tarixi-siyasi və ideoloji rolu” adlı dəyirmi masa keçirilib. Öncə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.


Tədbirdə qonaq qismində Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvləri, ziyalılar iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə TAİB-in sədr müavini Eyvaz Hünbətov açaraq bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz Islam ordusu tərəfindən azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmlənməsində  müstəsna rol oynayıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir TAİB-in fəaliyyətini diqqətlə izlədiyini, belə tarixi əhəmiyyət daşıyan mövzuda dəyirmi masa təşkil olunmasını məmnunluqla qarşıladığını bildirib. Bu kimi tarixi məqamların bütün Türk dünyasını qürurlandığını diqqətə çatdıran Alptekin Cihangir İşbilir Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını vurğulayaraq iki qardaş ölkəyə bütün sahələrdə uğurlar arzulayıb.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu iki ölkənin bütün istiqamətlər üzrə əməkdaşlığında müstəsna rol oynayır.

Nurlana Əhmədova
Missiya.AZ

 





  • 9-09-2024, 18:09