AZ   |   RU
Müstəqilliyimizin bərpası gününə həsr olunan tədbir keçirilib - FOTO

Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş videoformatlı tədbir keçirilib. 

Missiya.Az
xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov bildirib ki, bu il keçirilən Müstəqilliyin Bərpası Gününün digər illərdəkinə nəzərən olduqca fərqlidir. Bu il Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun və qədirbilən xalqımızın birgə səyi nəticəsində bayramın olduqca möhtəşəm əhval – ruhiyyədə keçirildiyini bildirən N.Muradov Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edildiyini söyləsə də, Azərbaycanın özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini vurğulayıb: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndərin siyasi kursunu uğurla davam etdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev dönəmində isə Azərbaycan zəfərə doğru gedən yolda əmin addımlarla irəlilədi və nəhayət ötən il zəfər bizim oldu. Bundan sonra alnımız açıq, üzümüz ağ əbədi müstəqilliyimizin bərpası gününü qeyd edəcəyik”.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması sədrinin I müavini Mirfaiq Mirheydəroğlu müstəqil Azərbaycan Respublikası 18 oktyabrdan etibarən möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutduğunu vurğulayaraq, 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar haqqında toplantı iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub: “Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ulu öndər Heydər Əliyev və müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə sıx surətdə bağlıdır. Ötən il qazanılan zəfərdən sonra dövlətimizin qarşısında yeni bir cığır açılıb. Bu zəfər faktı yeni və qlobal dünyada ölkəmizin yerini daha da möhkəmləndirdi".

Qərbi Azərbaycan İcması Ankara təmsilçisi, araşdırmaçı – yazar Dr.Derya Akdemir çıxışında ötən ilin bu günlərdində bütün Dünya Azərbaycanlılarının gözlərini vətənə dikdiklərini, gələn hər zəfər xəbəri ilə Azərbaycan tarixində yeni səhifələrinin yazıldığını qeyd edib.

Ölkə başçı İlham ƏIiyevin qətiyyətindən xüsusi fəxr hissi ilə bəhs edən araşdırmaçı – yazar yeni qələmə aldığı kitabını da II Qarabağ savaşında şəhid olan qəhrəman Vətən övladlarına həsr etdiyini bildirib.

Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev, Ümumi və tətbiqi Riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənli, Qərbi Azərbaycan İcmasının sədr müavini Azadə Novruzova, İcmanın Gənclər Təşkilatın sədr müavini Ruslan Qasımov cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm addımlar atıb. Vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi elan edilib və ölkə dünya birliyinin tamhüquqlu üzvünə çevrilib. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.

Sonda çıxışçılar xalqımızın qazandığı zəfərdə əməyi olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.




  • 18-10-2021, 14:31