AZ   |   RU
Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır - ABŞ Dövlət Departamenti



“ABŞ dövlət katibi Entoni Blinkenin ötən həftə Vaşinqtonda təşkil etdiyi görüş Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına Vaşinqtonun güclü dəstəyini nümayiş etdirir”.



Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.



“Biz hər iki ölkənin mühüm addımlar atdığını başa düşürük və dəstəyimizi davam etdirmək istəyirik. Mən hesab edirəm ki, sülh sazişinin təsirini qeyd etmək vacibdir, o, həqiqətən də təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün fövqəladə imkanlar aça bilər. Birləşmiş Ştatlar bu səyləri güclü şəkildə dəstəkləyir. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır”, - deyə siyasətçi vurğulayıb.



Zeya qeyd edib ki, amma yekun qərarları danışıqlar masasına əyləşənlər verir. 




Daşqın Həsənov

Missiya.Az




  • 18-07-2024, 12:12