AZ   |   RU
Çində ticarət mərkəzində baş verən yanğında 6 nəfər ölüb


Çin Xalq Respublikasının Sıçuan əyalətinin Ziqonq şəhərində yerləşən ticarət mərkəzlərinin birində yanğın başlayıb.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.


Qeyd olunub ki, yanğın nəticəsində 6 nəfər ölüb. Binanın 4 mərtəbəsini əhatə edən alovun qarşısını almaq üçün əraziyə xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib.


Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.



  • 17-07-2024, 22:43