AZ   |   RU
Tərtərdə 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslər üçün sosial reablitasiya mərkəzi fəaliyyətini davam etdirir


Azərbaycan Uşaqları İctimai Birliyi (AUİB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Tərtər rayonunda 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslər üçün sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi davam edir.



AUİB-nin mətbuat katibi Rüfət Zəkizadənin Missiya.Az-a verdiyi məlumata görə layihənin texniki şərtinə uyğun olaraq 7 ay müddətində 18 yaşadək əlilliyi müəyyən edilmiş 50 uşağa reablitasiya xidməti göstəriləcək.


Tərtər Reablitasiya Mərkəzi üçün seçilmiş məkanın Tərtər rayonunun mərkəzində yerləşməsi və şəhərarası avtobusların Mərkəzin qarşısından keçməsi valdeynlərə çox münasibdir. Əməkdaşlara da fəaliyyətləri üzrə iş təlimatı izah edilib, xüsusi geyim formaları alınıb və həmin tarixdən yerli icra orqanının, təhsil şöbəsinin, sosial xidmətlər bölməsinin dəstəyi ilə Mərkəzə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər qəbul olunmağa başlayıb.


Mərkəzin keyfiyyətli fəaliyyətini təmin etmək məqsədilə uşaqlar üçün didaktik, inkişafı artıran vəsaitlər, masaj ləvazimatları və əl motorikasının inkişafı üçün fərqli oyuncaqlar, pilates topu və xalçaları, reabilitasiya avadanlıqları, dəftərxana ləvəzimatları (albom, rəngli qələmlər, plastilin, rəngli kağız, özün rənglə albomlar, yapışqan, say çöpü, yazı qələmləri, dəftər, boyalar) kimi lazımi vasitələr alınıb. 


Mərkəz 03.06.2024-cü il tarixində tam işçi heyəti və 16 benfesiarla fəaliyyətə start götürüb və hazırda 50 benfesiarla davam edir. 3-18 yaş aralığında uşaqlara hər cür şərait yaradılıb. Burada hər uşağa uyğun seanslar müəyyən edilib və mütəxəssislərlə növbəli olaraq reablitasiya xidməti həyata keçirilir. Reablitasiyaya cəlb edilmiş bütün uşaqlar üçün qrup terapiyaları icra edilir. 





  • 16-07-2024, 19:45