AZ   |   RU
Beyləqanda 5 otaqlı ev tamamilə yanıb


Beyləqan rayonunda evdə yanğın olub.

Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




  • 15-07-2024, 09:33