AZ   |   RU
“Brent” markalı neft 81 dollar həddini keçib

Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin noyabr fyüçersləri 2,59 faiz bahalaşaraq 81,46 ABŞ dollarından satılıb.

Missiya.Az xəbər verir ki, sözügedən marka son dəfə 2018-ci ilin oktyabr ayında 81 dollar həddini keçmişdi.

OPEC+ formatı çərçivəsində noyabr ayında da gündəlik hasilatı 400 min barel artırmaq qərarı nəticəsində neft bazarında qiymətlər artmağa davam edir.


  • 4-10-2021, 19:17