AZ   |   RU
Türkiyənin beş şəhərində İŞİD-ə qarşı əməliyyat – 18 nəfər həbs olunub


Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Kocaeli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb. Onlardan 18-i isə məhkəmənin qərarı ilə həbs olunub.


Qeyd olunub ki, ayrı-ayrı ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapança, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-07-2024, 10:48