AZ   |   RU
İraqın şimalında 37 terrorçu hədəfi məhv edilib


“İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəf hava əməliyyatları ilə məhv edilib”.

Missiya.Az
 xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında vurğulanıb: "Soylu millətimizin qəlbindən çıxan Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi, son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün terrora qarşı əzmlə mübarizəyə davam edəcək. Bu hərəkat sırasında günahsız insanların, dost ünsürlərin, tarixi və mədəni varlıqlarla ətarfın zərər görməməsi üçün her cür tədbirlər alınıb”.



Zərintac Mayisqızı
Missiya.Az



  • 4-07-2024, 10:37