AZ   |   RU
“Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir”


“Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik”.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

"Cənubi Qafqazdakı bir məsələ kontekstində geniş şəkildə deyim ki, bu bizim üçün və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritetdir. Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm”, - o bildirib.

Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 09:31