AZ   |   RU
Ermənistan Fələstin dövlətini tanıdı - YENİLƏNİB


Ermənistan Fələstin dövlətinin müstəqilliyini tanıyıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“Ermənistan müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib, İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlət” prinsipini dəstəkləyib. Əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərinin həyata keçirilməsini təmin etməyin yeganə yoludur”, - deyə bəyanatda bildirilib.
 
XİN-in bəyanatında o da qeyd olunub ki, Ermənistan beynəlxalq hüquqa əsaslanaraq xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək Fələstin dövlətini tanıyır.

Zərintac Mayisqızı
Missiya.Az





  • 21-06-2024, 12:42