AZ   |   RU
Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır - ÜST rəsmisi


Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır.


Missiya.Az xəbər verir ki, bunu Bakıda COP29-dan əvvəl keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, yeni xəstəliklərin meydana çıxması həm də bununla bağlıdır:

“Səhiyyə işçiləri bu barədə lazımi biliyə malik deyillər. Halbuki məsələ kifayət qədər ciddi və realdır. İnsanlar başa düşməlidirlər ki, bu problemi həll edə bilərlər”.




  • 18-06-2024, 15:32