AZ   |   RU
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

İyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən bildirilib.


"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.



  • 13-06-2024, 21:43