AZ   |   RU

Gürcüstanın Baş naziri Azərbaycana gəlib


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana səfərə gəlib.

Missiya.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.


Baxış sayı: 77
  • 29-09-2021, 12:21