AZ   |   RU
"Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq"

Müasir silahlı konfliktlərdə informasiya sahəsində qarşıdurma döyüş bölgəsindəki qədər vacibdir. 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində tərəflər arasında irimiqyaslı hərbi əməliyyatlar yenidən alovlandı. Münaqişə başlayan gündən dünyanın bütün kütləvi informasiya vasitələri konfliktlə bağlı çoxlu sayda yazılar verdi. Bu işdə bütün sahələrdə oldugu kimi Türkiyə medyasının rolu əvəzolunmazdır.Hətta dünyanın ən böyük transmilli media orqanları, Rusiyanın rəsmi informasiya agentlikləri və qeyri-rəsmi kanalları 44 gün ərzində demək olar ki, hər gün münaqişə ilə bağlı xəbərlərə yer ayırdı. Ancaq media orqanlarının bəziləri jurnalistikanın norma və prinsiplərindən kənara çıxaraq qərəzli və birtərəfli məqalələr yayımladı, bəziləri isə xüsusən də, Türkiyə və bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri hadisələri olduğu kimi təqdim etdi, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
 
"Eureporter” məqalədə Ermənistanın silahlı qüvvələrinin təcavüzkar hərəkətlərinə, dinc azərbaycanlıların Gəncə, Tərtər və Bərdədə öldürülməsinə dünya mediasının biganə qalmasını da vurğulamışdır.
 
Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına son günlərdə verdiyi müsahibə geniş müzakirələrə səbəb olun.Olkə başçısının bir daha vurquladı ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.
 
 “Dəmir yumruq” adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Sualına verilən cavab ölkə başçısının diplomatik cavabı diqqətə dəyərdi. 
 
Müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. 

 
Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan silahlar idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Bu da dünya hərb tarixində bir yenilikdir.
 
Prezident İlham Əliyev bildirdi ki, bundan sonrakı vəziyyət və perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır.
 

Sonda Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəmlənsin, inkişaf etməsindən danışan ölkə başçısı bir daha bildirdi ki, Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək. Bir daha demək istəyirəm, biz əminik ki, ölkələrimiz arasında əməkdaşlıq gələcəkdə yüksələn xətt üzrə davam edəcək.

Vəli Hüseynli
Nizami rayon K.Əliyev adına 61 saylı məktəbin Tarix müəllimi 

  • 29-09-2021, 11:53