AZ   |   RU
Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib



Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Elşən Əzizov yolu keçərkən onu yanacaq daşıyan avtomobil vurub.


Nəticədə E.Əzizov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.




  • 6-06-2024, 21:34