AZ   |   RU
Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşub

İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Missiya.Az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Bildirilib ki, Kocaelidən Ergeliyə hərəkət edən 90 metr uzunluğunda "Tahsin İmamoğlu" gəmisi Rusiyaya gedən 128 metr uzunluğundakı “RUSİCH 10”  gəmisi ilə Yeniköyün qarşısında toqquşub.

Hadisə yerinə xilasedicilər göndərilib.

  • 25-09-2021, 10:52