AZ   |   RU
Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edib

Fransa prezidenti Emmanuel Makron mayın 27-də Yeni Kaledoniyada 7 nəfərin ölümü ilə nəticələnən iğtişaşlardan sonra fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.


Missiya.Az xəbər verir ki, bu barədə Fransa prezidentinin ofisi məlumat yayıb.


Bildirilir ki, Makron siyasi dialoqa icazə vermək üçün fövqəladə vəziyyəti ləğv edib.


Bildirilir ki, fövqəladə vəziyyət bu gün Bakı vaxtı ilə saat 22:00-da başa çatacaq.




Daşqın Həsənov
Missiya.Az



  • 27-05-2024, 12:37