AZ   |   RU
Süni intellektdən daha bir yenilik

 

Dallasdakı Texas Universitetinin ( ABŞ ) mütəxəssisləri elektrik enerjisinin kəsilməsindən qorunmaq üçün süni intellekt (AI) modelini hazırlayıblar. 

Missiya.Az xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc olunub .

Məlumata görə, sistem avtonom şəkildə və insan müdaxiləsi olmadan işləyir. 

Mütəxəssislərin fikrincə, modeli yaradan zaman gücləndirici öyrənmə metoduna əsaslanıblar. Belə ki, enerjinin ötürülməsində qəfil fasilə yarandıqda sistem dərhal işçi xəttinə keçir və ya ehtiyat enerji sistemlərini işə salır.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 25-06-2024, 12:30