AZ   |   RU
Daşaltıda yabanı halda bitən çətənə bitkiləri məhv edilib


Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Missiya.Az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.



  • 26-06-2024, 13:47