AZ   |   RU
Ermənistanda daşqınlar nəticəsində 4 nəfər ölüb

 

Ermənistanın şimalında baş verən daşqın nəticəsində 4 nəfər ölüb.


Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.


Qeyd edək ki, bir gün əvvəl üç ölüm faktı qeydə alınıb.


Bundan əvvəl Lori və Tavuş vilayətlərində leysan yağışları nəticəsində Debed, Ağstev və Taşir çaylarının daşması barədə məlumat verilib. Bir sıra yaşayış məntəqələri, nəqliyyat və enerji infrastrukturu obyektləri daşqın zonasına düşüb. Təsirə məruz qalan ərazilərlə dəmir yolu və avtomobil əlaqəsi kəsilib.
Xilasedicilərin və digər qüvvələrin köməyi ilə Ermənistanın Lori və Tavuş rayonlarının müxtəlif yaşayış məntəqələrindən 269 nəfər təxliyə edilib, çayın daşqın zonasında qalan 120 nəfər xilas edilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 27-05-2024, 12:37