AZ   |   RU
28 May- tariximizin şanlı səhifəsi

Yüz altı il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. 


Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 


XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. 


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müstəqil Azərbaycan bu gün Cəna Prezident İlham Əliyevin rəhbərliyi sayəsində özünün ən qüdrətli dövrünü yaşayır. Ali BAŞ Komandanımızn qətiyyəti və müzəffər Ordumuzun şücaəyəti sayəsində 30 illik işğala son qoyuldu, əzəli tarixi torpaqlarımız düşmən tapdağından xilas oldu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün müqəddəs üçrəngli bayrağımız bir vaxtlar bizə xəyal kimi görünən Şuşada, Kəlbəcərdə, Xankəndidə. Laçında və digər işğaldan azad olunmuş ərazilərdə dalğalanır. Budur, xalqımızın qüdrəti, budur qeyrət simvolumuz.


Vaxtilə azadlıq eşqi ilə yaşayan insanlarımızın, Azərbaycanın görkəmli oğullarının başa çatdıra bilmədikləri tarixi işləri cənab Prezidentimiz çöx böyük ustalıqla və ləyaqətlə həyata keçirdi. Bu gün onların ruhları şaddır, şaddır ona görə ki, üstündə yaşadığımız torpaq indi azad, suveren və qüdrətli bir Azərbaycandır. 106 il bundan öncə baş qaldıran azadlıq cücərtiləri indi çöx süətlə inkişaf edir, boy atır. Dünyada qalib ölkə kimi qızıl hərflərlə öz imzamızı qoymuşuq. 


Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.



Fərmin Quliyev 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi



  • 27-05-2024, 10:30