AZ   |   RU
2024-cü ilin yaz trendləri - bu rənglər qarderobunuzu canlandıracaq


Yaz enerji və canlılıqla dolu rənglərin ön plana çıxdığı bir dövrdür. Yaz 2024 bizi moda dünyasında yeni rəng palitrası ilə qarşılayır. Bu rənglər qarderobları canlandırmaq və yayın isti günlərinə uyğunlaşmaq üçün seçilib.



Mütəxəssislərin fikrincə, pastel tonları 2024-cü ilin yazın ən diqqət çəkən trendləri arasındadır. 


2024 Yaz Rəngləri arasında bu rənglər yer alır:


●Canlı Sarı: Günəşin enerjisini əks etdirən canlı sarı 2024-cü ilin yazının gözə çarpan rənglərindən biridir. Canlı sarı paltarı qəhvəyi sandalet və saman çantası ilə birləşdirə bilərsiniz.


●Narıncı rəng: Cəsarət və özünə inam simvolu olan bu rəng yay kombinasiyalarınıza canlılıq qatacaq. Narıncı rəngli kofta və ya paltarla bütün diqqəti cəlb edə bilərsiniz . Enerjili narıncı şalvarı ağ köynək və idman ayaqqabısı ilə birləşdirə bilərsiniz.


●Sakitləşdirici Mavi: Yayın sərinliyini hiss etdirən sakitləşdirici mavi istənilən üsluba uyğunlaşa bilən rəngdir. Pastel mavi köynək , cins şalvar və hündürdaban ayaqqabı göz oxşayan görünüş yaratmağa kömək edəcək.


●Romantik Çəhrayı: Çəhrayı yumşaq və romantik görünüş üçün ideal seçimdir. Çəhrayı paltar və ya yubka ilə qadın və zərif bir üslub yarada bilərsiniz.


●Zümrüd Yaşıl: Təbiətin enerjisini əks etdirən zümrüd yaşılı 2024-cü ilin yayın trend rənglərindən biridir. Yaşıl paltar və ya şalvarla qəşəng və müasir görünüş əldə edə bilərsiniz . Məsələn, zümrüd yaşılı paltarı qara blazer və hündürdaban ayaqqabı ilə birləşdirə bilərsiniz. 


Beləliklə, düzgün seçilmiş rəng çalarları və geyim kombinləri(birləşmələri) ilə daha cəlbedici və əsrarəngiz görünəcəksiniz.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 20-05-2024, 17:01