AZ   |   RU
Əfv Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.


Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.


Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.


Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.



  • 15-05-2024, 17:37