AZ   |   RU
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.

Xatırladaq ki, Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Atəş açan şəxsin tələbə olduğu bildirilir. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Saxlanma zamanı o, müqavimət göstərib və yaralanıb.


  • 20-09-2021, 15:39