AZ   |   RU
Gorus-Qafan yolunda uzun tıxac: İrandan Emənistana gedən yük maşınları yolda qalıb - VİDEO

İrandan Ermənistana yük və neft məhsulları daşıyan TIR-lar Qorus-Qafan yolunda ilişib qalıb.

Missiya.Az xəbər verir ki, Azadlıq Radiosunun Ermənistan xidmətinə danışan sürücülər 5 gündür Gorus-Qafan yolunda gecələyirlər.

Sürücülər deyib ki, gömrükçüləri onlardan birinci dəfə Gorus-Qafan yolunun keçərkən rüsum almayıblar. 

“Bizə dedilər ki, bu dəfə sizdən rüsum istəmirik. Amma gələn dəfə dövlət rüsumu ödəməli olacaqsınız. Biz İran-Ermənistan sərhəddini keçəndə erməni gömrükçülərə 185 min dram vermişik. Biz bu malı Azərbaycana yox, Ermənistana gətirmişik. Bizdən torpaqpulu alıblar. İndi də Azərbaycan torpaqpulu almaq istəyir. Burda şərait yoxdur. 5 gündür Gorus-Qafan yolunda qalmışıq”, - deyə sürücü bildirib.

Qeyd edək ki, İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsi ilə bağlı yayılan təkzibolunmaz faktlar böyük qalmaqala səbəb olub. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar.
  

Bu faktlar ortaya çıxdıqdan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunda İrandan gələn yük maşınlarını yoxlamağa başlayıb və sürücülərdən yük maşınlarındakı yüklərin sənədlərinin təqdim olunmasını istəyib. Həmçinin Azərbaycanın Gömrük Komitəsi Gorus-Qafan yolundan keçən nömrəli yük maşınlarından dövlət rüsumunun alınmasını təsdiqləyib. 
 
Elvin
Missiya.Az


  • 14-09-2021, 17:18