AZ   |   RU
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda İrəvana səfər edəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Rəsmi səfərin təfərrüatları Ermənistan-Qazaxıstan hökumətlərarası komissiyasının bu gün İrəvanda keçirilən iclasında müzakirə olunub.

Qazaxıstan lideri yaxın günlərdə keçiriləcək ikitərəfli biznes forumunda iştirak edəcək.



  • 2-04-2024, 17:39