AZ   |   RU
Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib

Sentyabrın 6-dan “Bakı Metropoliteni” QSC-nin stansiyalarında nəzarət tədbirləri gücləndirilib.

Missiya.Az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, yay mövsümi başa çatdığından metronun xidmətindən istifadə edən sərnişinlərin sayının artması gözlənilir: "Sərnişin sıxlığının artma ehtimalı var. Koronavirus (COVID-19) pandemiyası da nəzərə alınaraq mövcud vəziyyətin təhlilini gücləndirmək üçün nəzarət mexanizmlərinin intensivliyi artırılıb”.

Bakı metrosu fəaliyyətini bu il mayın 31-dən bərpa edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metro yalnız həftənin 5 iş günü çalışır.


  • 8-09-2021, 17:13