Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC işğaldan azad edilmiş Laçın və Zəngilan rayonlarında yerləşən beynəlxalq hava limanlarının tikintisinin texniki göstəricilərini açıqlayıb.
Missiya.Az xəbər verir ki, 2021-2023-cü illərdə yekunlaşdırılması planlanan Laçın beynəlxalq hava limanın uçuş-enmə zolağının uzunluğu
2,8 min metr, uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə)
60 metr, perronun sahəsi
60 min kv.metr, yönəldici yolların sahəsi
64 min kv. metr təşkil edəcək.
Laçın beynəlxalq hava limanın ərazisində ümumilikdə
6,9 mln kubmetr qazma işləri (partlatma üsulu ilə),
3,8 mln kubmetr tökmə torpaq işləri,
83 min kubmetr döşənək lay,
54 min kubmetr qırmadaş layı,
196 min ton asfalt beton qarışığı işləri görüləcək.
2021-2022-ci illərdə tikiləcək Zəngilan beynəlxalq hava limanın uçuş-enmə zolağının uzunluğu
3 min metr, uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə)
60 metr, perronun sahəsi
60 min kv.metr, yönəldici yolların sahəsi
6 360 kv.metr olacaq.
Onun ərazisində isə
640 min kubmetr torpaq işləri (qazma və tökmə),
91,8 min kubmetr döşənək lay,
56,7 min kubmetr qırmadaş layı,
203,1 min ton asfalt beton qarışığı işləri görüləcək.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə, bu il yanvarın 14-də Füzuli beynəlxalq hava limanının inşasına başlanılıb. Bu müddət ərzində uçuş enmə zolaqlarının uzunluğu
3 km, eni isə
60 metr olan torpaq yatağı çıxarılıb. Sahəsi
6 min kv. metr olan hava limanın perronunda
8 hava gəmisinin dayanması nəzərdə tutulur. Hava limanının elektrik enerjisi ilə təmin edilməsi üçün uzunluğu
2,5 km olan hava xətti çəkilib və sahə daxili
10 kVt-luq daxili kabel çəkilib.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan beynəlxalq hava limanının, avqustun 16-da isə Laçın beynəlxalq hava limanının təməlini qoyub.