AZ   |   RU
Rusiya XİN Bakıda rus jurnalistlərinin saxlanılmasına münasibət bildirib

“Bakının “Sputnik” Azərbaycan jurnalistlərinə qarşı hərəkətləri onların işinə iddialarla deyil, başqa mülahizələrlə diktə olunur”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“Aydındır ki, bunlar başqa mülahizələrə əsaslanaraq həyata keçirilən tədbirlərdir, bu barədə dünən də Azərbaycanın Rusiyadakı səfirinə məlumat verilib”, - deyə siyasətçi vurğulayıb.


Zaxarova bildirib ki, Azərbaycanın “Sputnik” nəşrindən və ya əməkdaşlarının işindən heç vaxt şikayəti olmayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:22