AZ   |   RU
Növbəti mövsümdə “Real Madrid” - “Barselona” matçının tarixləri açıqlanıb

İspaniya La Liqasında növbəti mövsüm avqustun 17-də başlayacaq.


Missiya.Az xəbər verir ki, mövsüm 2026-cı il mayın 24-də isə başa çatacaq.


Bildirilib ki, La Liqada ilk el-klassiko 26 oktyabr tarixində baş tutacaq və “Real Madrid” doğma meydanında “Barselona”nı qəbul edəcək.


Qeyd olunub ki, 10 may tarixində isə Katoloniya təmsilçisi “Kamp Nou”da kral klubu ilə qarşı-qarşıya gələcək.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:48