AZ   |   RU
Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib - İlqar Səfərov

 

Əgər Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilibsə, onlara qarşı zorakılıq tətbiq olunubsa, Baş prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

O deyib ki, Rusiya hüquq-mühafizə orqanlarının hələ ki rəsmi mövqeyini görə bilməyiblər:

“Əksinə Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz Azərbaycanda nəşləri ekspertiza etdikdə gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlə rəyli fərqli olacaq”.




  • Dünən, 10:53