AZ   |   RU
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq


Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Bu barədə Missiya.Az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.



  • 24-02-2024, 23:11