Ermənistanın Azərbaycana işğalçı siyasəti illərlə davam edib. Ermənilərin yol verdiyi təxribatlara, cəbhədə yaratdıqları hücuma Azərbaycan layiqli cavab verir. Məhz 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızın azad olunması ordumuzun gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə, uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu. İkinci Qarabağ müharibəsində hərbi qüvvəllərimizin dayanmadan irəli getməsi onları geri çəkilmək məcburiyyətində qoydu və düz 44 gündən sonra ağ bayraq qaldırmaq qərarına gəldilər.
Azərbaycan dövləti özünün ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmamışdı. Ölkə başçısı İlham Əliyev dediyi kimi: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə çəkilməyəcək". Elə də oldu. Azərbaycan Vətən müharibəsini böyük qələbə ilə başa vurdu.
Sonrakı dönəmdə də erməni təxribatları davam etdi. Verdikləri sözün üstündə durmayıb, imzalanan sənədlərə həmişəki kimi qarşı çıxdılar.
Ötən ilin sentyabrında antiterror tədbirlərində güclü ordumuz yenə də erməniləri yerində oturdub, terrorçu rejimin Qarabağdakı hökmranlığına son qoydu.
Biz öz humanizmimizə söykənərək hər dəfə elə düşünürük ki, bu dəfə ermənilərin başı daşa dəyər. Amma, təəssüf ki, məğlub Ermənistan bu dərsdən nəticə çıxarmır. İşğalçı ölkə ürək bulandırmağa yenə də davam edir. Bu gün Zəngilan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
Zəngilanı yenidən atəşə tutmaqla fikirləri nədi? Siyasət dilindən anlamadılar, Azərbaycan xalqı da onlarla güc müstəvisində danışdı.
Prezidenti İlham Əliyev əbəs yerə deməyib ki, “Ermənilər anlamalıdır ki, havadarları onları fəlakətə sürükləyir”.
Görünən odur ki, ermənilər düşdükləri acınacaqlı durumdan dərs çıxara bilmir və Fransa kimi havadarlarının təhriki ilə fəlakətin tamamən dibinə yuvarlanmağa çalışırlar.
Nurlana Əhmədova
Missiya.Az