AZ   |   RU
Yevlaxda avtoqəza olub, 7 nəfər xəsarət alıb


Yevlax rayonunda 2-si uşaq olmaqla 7 nəfər avtomobil qəzasında xəsarət alıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



  • 12-02-2024, 18:00