Ermənistanın əsas magistral yollarından birinin böyük bir hissəsi dünəndən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülüb, Ermənistanın Müdafiə Naziri Arşak Karapetyan, "Niyə atəş açmırsan?"
Missiya.Az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş üzvü Naira Zohrabyan yerli mətbuata müsahibəsində deyib.
“Avtomobillərimizin və vətəndaşlarımızın 2 saat girov götürülməsi, dövlətlərarası avtomobil yolunun bağlanması, heç bir rəsminin və ya sturukturun gecə açıqlama verməməsi və baş verən bu proseslər fonunda hazırda danışıqların davam etməsi absurddur. Əgər orada qalan vətəndaşlar məni xəbərdar etməsəydilər, heç kim orada nə baş verdiyini bilməyəcəkdi” – deyə Naira Zohrabyan bildirib.
Keçmiş deputat qeyd edib ki, problem Ermənistanın əsas magistral yollarından birinin “təhlükə altında” olmasındadır:
Sitat: “Bu, çox böyük bir problemdir və baş verən proseslər fonunda Ermənistan parlamentində deputatlar bir-birinə təpik, şüşə atırlar. Bu gün heç kimin marağına səbəb olmayan tamamilə fərqli gündəmimiz var. Daha pis nəticələrlə qarşılaşa bilərik. Mənim özüm belə artıq uşağımla bu yolu getməkdən qorxuram. Əlbəttə ki, mənim kimi bu yolu getməkdən qorxan çox vətəndaşlarımız olacaq” – sitatın sonu.
Zohrabyanın sözlərinə görə, hazırda anlaşılmaz vəziyyət yaranıb. Ermənistan Müdafiə Nazirliyi yalnız rəsmi məlumatları izləməyə çağırır. Lakin orada baş verənlər barədə heç bir rəsmi məlumat yoxdur. Yalnız yolun bağlı qaldığını bilirik”.
Xatırladaq ki, Ermənsitan Milli Təhlükəsizlik Xidmətinin bəyanatına görə, avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfinin Qafan Gorus dövlətlərarası yolun Karmrakar-Şurnux hissəsi bağlanıb.
Missiya.Az