Gorusdan Zəngəzur bölgəsi və Qafan şəhərinə gedən, Davit Bek kəndi yaxınlığındakı dövlətlərarası yol hələ də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və bağlı olaraq qalır.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”-a müsahibəsində Şurnuxun meri Hakob Arşakyan verib.
“Ərazidə mülki şəxslər və nəqliyyat vasitələri yoxdur, hamı təxliyə edilib. Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Nə olacağını gözləyirik” – deyə, Arşakyan bildirib. Xatırladaq ki, Ermənsitan Milli Təhlükəsizlik Xidmətinin bəyanatına görə, avqustun 25-də saat 23 radələrində Azərbaycan tərəfinin Qafan Gorus dövlətlərarası yolun Karmrakar-Şurnux hissəsini bağladığını bildirib.
Ermənistan mətbuatında yolun bağlanmasına səbəb “25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibkili kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin əsgəri Şirəliyev Ruslan Nəriman oğlunun Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisinin qəfil hücumuna məruz qalması göstərilir.
Missiya.Az