AZ   |   RU
Cəlilabadda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir


Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.



Missiya.Az "Report"a istinadəb xəbər verir ki, treninqlərdə 71 saylı Cəlilabad Şəhər seçki dairəsinin aşağı seçki komissiyası üzvləri iştirak iştirak edir.


Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş təlimçilər tərəfindən aparılır.


Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə edirlər. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, eləcə də bir sıra digər zəruri metodiki vəsaitlər və əyani materiallar da təqdim olunur.



  • 17-01-2024, 21:14