“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Qəzza zolağında "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"nın tətbiqi (Cənubi Afrika İsrailə qarşı) işi üzrə Cənubi Afrika Respublikasının müvəqqəti tədbirlərə dair vəsadətinə baxılır. Amma işə hələ mahiyyəti üzrə nə vaxt baxılacağı bilinmir. İllər çəkə bilər”.
Missiya.Az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraşı direktoru Sahib Məmmədov qeyd edib: “İzahat üçün deyim ki, Haaqda daha bir məhkəmə var. O da Beynəlxalq Cinayət Məhkəməsidir. Qarşıdırmaq olmaz. Hazırda bir dövlətin o biri dövlərə qarşı adı gedən konvensiyanın pozulması ilə bağlı iddasına baxılır. Yəni burda mübahisə dövlətlər arasıdadır.
Beynəlxalq Cinayət Məhkəməsi isə fərdlərin törədikləri müharibə cinayətlərini (insanlıq əleyhinə, hərbi, soyqırım və təcavüz cinayətləri) təqib edən məhkəmədir.
İsrail Beynəlxalq Ədalət Məhkəməsinin yuristiksiyasını qəbul etməyə dair birtərəfli bəyanat verməyib. Hazırda belə dövlətlərin sayı 73-dür. Amma "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"nın iştirakçısı olaraq məhkəmənin yurisdiksiyası ona şamil olunur. Buna baxmayaraq İsrail bu başdan məhkəmənin istənilən qərarını tanımayacağını bildirib.
Maraqlı kazusdu. Azərbaycan üçün də maraqlıdır. Nəyə görə? Azərbaycan və Ermənistan da Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını qəbul etməklə bağlı birtərəfli bəyanat verməyən ölkələr sırasıdadır. Amma hər ikisi "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" konvensiyaya qoşulub. Hər ikisidə qarşılıqlı olaraq bu konvensiyanın pozulması ilə bağlı bir-birinə qarşı idda qaldırıb. Həmin konvensiyanın 22-ci maddəsi dövlətlər üzərinə Beynəlxalq Ədalət Məhkəməsinin qərarının bir növ icra edilməsi öhdəliyini qoyur”.
Missiya.Az