AZ   |   RU
Narın hansı faydaları var?- Araşdırma

 

Payız fəslində ən çox yeyilən meyvələrdən biri də nardır. Nar böyükdən kiçiyə hər kəsin sevimli meyvəsi olmaqla yanaşı,həm də bir sıra faydaları ilə tanınır. 


Nar “Punicaceae” fəsiləsindəndir. Vətəni İrandan Hindistanın şimalına qədər bir ərazi hesab olunur. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. 


Min dərdin dərmanı olan nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, boyayıcı maddələrlə, makro və mikroelementlərlə, kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. 


Mütəxəssislərdən aldığımız məlumata görə,nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar. 


Həmçinin bu meyvənin şirəsindən böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir. 




Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. 


Yalnız nar dənələrini deyil, nar qabıqlarını və çiçəklərini də çay kimi dəmləyib boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə etmək olar. 


Bütün bunları nəzərə alaraq hər bir halda sözügedən meyvədən təbabət üçün istifadə olunan zaman həkim məsləhətini də unutmamalıyıq.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 8-12-2023, 17:39