AZ   |   RU
Laçının işğaldan azad edilməsindən üç il keçir

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir.


Missiya.Az xatırladır ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.


Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb.


Bu münasibətlə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.


Qeyd edək ki, Azərbaycan 2022-ci ilin avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa edib.


Qeyd edək ki, Laçın 1992-ci ilin may ayının 18-də Ermənistan tərəfindən işğal olunmuşdu.



  • 1-12-2023, 10:03