Bazar 18 May 2025 / 11:12:53
                    AZ   |   RU
2023-cü ilin ən çox istifadə olunan sözü açıqlanıb


İngilis dilinin ən tanınmış mənbələrindən biri "Merriam-Webster" lüğəti 2023-cü ilin ən çox istifadə olunan sözünü açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Haber 7.com" məlumat yayıb.

Bildirilib ki, "Merriam-Webster" ilin sözü olaraq "Authentic" ("Otantik) sözünü seçib.

2023-cü ildə “Authentic” sözünə marağın artmasına səbəb kimi “Sosial media, şəxsiyyət, məşhurlar, süni intellektlə bağlı söhbətlər və hekayələr” göstərilib.

Habelə, qeyd edilib ki, həmin sözdən çox istifadə edilməsi onun birdən çox məna daşıması ilə əlaqədardır.  "Authentic" sözü “orijinal,həqiqi, etibarlı, əsas, inandırıcı, otantik” mənalarını ifadə edir.




Zərintac Mayisqızı
Missiya.Az




  • 30-11-2023, 13:01