AZ   |   RU
Kişmiş bu xəstəliklərin dərmanıdır


Kişmiş insan orqanizmi üçün olduqca faydalı sayılır. Mütəxəssislər insanlara gündə minimum 6 dəfə bir ovuc bu quru meyvədən yeməyi məsləhət görürlər.

Ağ, qara və bənövşəyi üzümün qurudulması ilə əldə edilən kişmiş bəzi xəstəliklərə qarşı birbaşa təbii müalicə üsuludur. Çeşidliliyi və şirin dadı olan sözügedən meyvə sağlam şəkər mənbəyidir.

Müntəzəm qaydada kişmiş yeməyin sağlamlığa bu xeyirləri var:

Həzm problemlərini aradan qaldırır - Kişmiş yüksək lif tərkibli qidadır. Həzmdə rahatlıq təmin edən liflər bağırsaqlarda faydalı bakteriyaların əmələ gəlməsini dəstəkləyərək qəbizliyin qarşısını alır. Gündə bir neçə dəfə də olsa, mədədə turşuluğu tarazlaşdırmağa kömək edən meyvənin istehlakı həzm sisteminin düzgün işləməsinə kömək edir.

Anemiyanın təbii həllidir - Kişmiş qan azlığı kimi tanınan anemiyanın qarşısını alır. Qırmızı qan istehsalı üçün lazım olan B vitaminləri və dəmir dəyərləri ilə zəngin olan həmin qurudulmuş meyvənin müntəzəm istifadəsi qan azlığına yaxşı təsir edir.

Dərini cavanlaşdırır  - Üzüm dərinin ehtiyac duyduğu kollagen səviyyəsini artırmağa lazım olan E və A vitaminləri ilə zəngindir. Dərinin elastik və parlaq görünüşünü bərpa etməyə kömək edən kişmiş qırışlara qarşı güclü köməkçidir. Eyni zamanda dəridə sızanaqlara qarşı kişmiş yemək məsləhət görülür. 

Ağız və diş sağlamlığı üçün vacibdir - Üzüm tərkibindəki kalsium sayəsində xüsusilə inkişaf dövründə sağlam dişlərə sahib olmanızı təmin edir. Diş minasını qoruyan və gücləndirən kişmiş, tərkibindəki aleanolik turşu sayəsində dişləri çürüklərdən qoruyur. Eyni zamanda tərkibində bor olan bu meyvə ağızda mikrobların və zərərli bakteriyaların çoxalmasının qarşısını alır.

İnfeksiya əleyhinədir - Kişmiş iltihab əleyhinə xüsusiyyətlərə malik təbii antibakterialdır. Antioksidantlarla zəngin olan meyvə orqanizmi toksinlərdən təmizləyir və iltihab əleyhinə təsir göstərir. O, həmçinin yüksək hərarətdən qorunmağa yardımçı olur. Üzümün müntəzəm istifadəsi immuniteti gücləndirir. 

Saçları qidalandırır- Qanazlığına faydalı olan kişmiş qan damarlarının daralmasının da qarşısını alır. Bu sayədə saç köklərinə daşınan qida maddələrinin daha asan çatmasını təmin edərək saç tökülməsi və kəpək şikayətlərini aradan qaldırır. Tərkibindəki antioksidant sayəsində saç köklərini stimullaşdırır və saç tökülməsinin qarşısını alır.

Beyni canlı saxlayır - Kişmiş polifenol, fenol turşusu və taninlərlə zəngindir. Tərkibindəki antioksidant tərkibi ilə beyinə gedən sinirləri zərərli sərbəst radikallardan təmizləyən bu qurudulmuş meyvə sinir keçiriciliyini qoruyaraq beyin funksiyalarını qoruyur. Beynin aktiv işləmək və məlumatı emal etmək qabiliyyətini qorumaqla yaddaş problemlərini azaldır.

Qeyd edək ki, həftədə 2-3 dəfə mütəmadi olaraq kişmiş suyu və ya dəmləməsi içməklə, qaraciyər tənzimlənir, insan rahat və enerjili olur. 

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-11-2023, 16:35