AZ   |   RU
BDU-nun laboratoriya müdiri dünyasını dəyişib


Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilinin tətbiqi məsələləri elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Əliheydər Ağakişiyev vəfat edib. 




Missiya.Az xəbər verir ki, bu barədə BDU-dan məlumat yayılıb. 



Əliheydər Ağakişiyev 1957-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. 1975-1980-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 2006-2012-cü illərdə həmin universitetin Ümumi dilçilik kafedrasının doktorantı olub. 2012-ci ildə "Dildə nidaların linqvistik təhlili (Azərbaycan və rus dilləri əsasında)" mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-cı ildə dosent elmi adını alıb.



O, 1990-1995-ci illərdə BDU-nun "Azərbaycan dilinin tətbiqi məsələləri" ETL-də tərcüməçi və elmi işçi, 2010-2014-cü illərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının, 2014-2016-cı illərdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının baş müəllimi, 2016-2018-ci illərdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosent əvəzi, 2018-ci ildən həmin kafedranın dosenti olub. 1995-2021-ci illərdə BDU-nun "Azərbaycan dilinin tətbiqi məsələləri" ETL-in böyük elmi işçisi, 2021-ci ildən isə müdiri vəzifəsində çalışıb.



Əliheydər Ağakişiyev elmi-pedaqoji fəaliyyəti dövründə 10 məqalə, 3 tərcümə və 1 kitab müəllifi olub.



  • 11-11-2023, 13:23