AZ   |   RU

Dmitri Peskov: "Rusiyanın Bakı və İrəvanla təmasları davam edir"


“Razılaşmanın reallaşması üçün Moskva Bakı və İrəvanla əlaqə saxlayır”.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın
zərbaycanla sərhədboyu Rusiya sərhədçilərinin yerləşdirilməsi təklifinə münasibət bildirərkən deyib.

“Üçtərəfli razılaşmanın tam təmin olunması üçün Rusiya Bakı və İrəvanla təmas saxlamqda davam edir”, - o bildirib.

D.Peskov Rusiyanın N.Paşinyanın təklifinin yerinə yetirilməsinə nə qədər hazır olub-olmadığına dair suala cavab verməyib: “Başqa heç nə əlavə edə bilmərəm”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.


Baxış sayı: 175
  • 29-07-2021, 14:30